• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 29.01.2022 16:20

Davamiyyətə təsir edən viruslar

KepezTV Player

Son zamanlar həm koronavirus infeksiyasının artan tendensiya ilə davam etməsi, həm də mövsümi xəstəliklərin, qripin artması təhsil və tərbiyyə ocaqlarında dəvamiyyətə də təsirsiz ötüşməyib. Səhhətlərində yaranan problemlərə görə dərsə gələ bilməyən şagirdlər və uşaqlar var.

Hər il olduğu kimi yanvar və fevral aylarında virusların tüğyan etdiyi zaman olur. Günümüzdə karonavirus və onun yeni aşkar olunan ştampları ilə yanaşı mövsümi qrip də artır. Təəsüflər olsun ki, bundan ən çox zərər çəkənlər sırasında şagirdlər və uşaqlar da olur. Bu da onların təhsil aldıqları və tərbiyyə olunduqları müəssisələrdə davamiyyətə təsir edir. Gəncə şəhəri 16 nömrəli məktəbdə apardığımız müşahidələr onu deməyə əsas verir ki, təhsil ocağında gigiyena qaydalarına tam riayyət olunur. İçəri daxil olan hər bir uşağın hərarəti ölçülür, əlləri spirtlənir. Buna baxmayaraq yenə də xəstələnənlərin sayı artır.

Məktəbdən sonra birbaşa yola düşdük şəhər 31 nömrəli uşaq baxçası, körpələr evinə. Orada da qarşılaşdığımız mənzərədə son dərəcə ürək açan idi. Qoyulan bütün qayda və tələblərə lazımı qaydada riayyət olunurdu. Məktəbən fərqli olaraq körpələr evində vəziyyət o qədərdə pis deyildi. Virusa yoluxan uşaqlar baxçaya gəlmir, tam sağaldıqdan sonra həkim arayışı ilə yenidən tərbiyyə ocaqğına buraxılır.

Həm soyuq qış aylarının təsiri, həm də karonavirus adlı bəlanın ölkəmizdə yayılması, təəssüflər olsun ki, bütün sektorlara təsir edir. Odur ki, bir daha sosial məsafə saxlamaq, tənəffüs yollarını qoruyan vasitələrdən və dezinfeksiya edici məhlullardan istifadə etməkdə fayda var. 

 

Nərgiz Əhmədqızı