• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 29.01.2022 12:26

Adı kimi özü də tarix oldu

KepezTV Player

Qəhrəmanlıq simvolu Şəhidlər - bu günümüzün qeyrət salnaməsi, sabahımızın örnək məbədi. Qısa ömrünü Vətən uğrunda fəda edərək qanı ilə tarix yazanlardan biri də 34 yaşlı Tarix Həsənovdur. Adı kimi özü də "tarix" olan şəhidin həyat hekayəsinə birlikdə nəzər salaq.

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn, qəhrəmanlıq dastanımızın yeni səhifələrini yazan oğullarımızdan biri də Tarix Sücayət oğlu Həsənovdur. Tarixin yaddaşına qanı ilə həkk olunmuş qəhrəman adı kimi özü də tarixə döndü. İndi onun adı məzar daşı ilə bərabər milyonların da qəlbinə həkk olunub.

2 oğul övladını vətənə əmanət qoyan Tarix Həsənovun ən böyük arzusu da böyük oğlunun  general kimi vətənə xidmət etdiyini görmək idi.

12 ildən artıq hərbi qulluqçu kimi xidmət göstərən Tarix Həsənov qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalır. Nəşi isə 116 gün sonra tapılaraq ailəsinə təhvil verilib.

Tarix Həsənov ölümündə sonra “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Tarix işıq oldu, Vətənin qaranlıq gecələrini aydınlandıran, əbədiyaşarlıq qazanan işıq. Nə qədər ki Vətən var, Vətəni sevən, onu canından əziz bilənlər var, o qədər də qəhrəmanlarımız yaşayacaq.

 

Aişə Rzayeva