• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 27.01.2022 20:08

Özəl, yoxsa dövlət uşaq bağçası?

KepezTV Player

Məktəbəqədər tərbiyə müəssisəsi və ya sadə dillə desək bağça uşaqların tərbiyə ocağı, onları intellektual cəhətdən inkişaf etdirən mərkəz, həmçinin əyləncələrini təmin edən istirahət məkanı kimi qiymətləndirilir. Bütün bu keyfiyyətləri ilə bağça həm də iş-güc arxasınca getməyə məcbur olan valideynlərin ən etibar etdiyi məkandır. Ancaq son zamanlar baxçalarda baş verən xoşagəlməz hadislər baxçaların etibarlığını bir daha götür-qoy etməyi düşündürür. Bəs valideyinlər bununla bağlı nə düşünür? Dövlət. yoxsa özəl baxçaları üstün tuturlar? Bununla bağlı əməkdaşlarımız araşdırma aparıb.

Əksər valedeynlər üçün bağça seçimində ən əsas meyar evə yaxın məsafədə olması, normal qidalanma, gündəlik məşğələ və təlim proqramlarının yerinə yetirilməsidir. Eləcə də idman və məşğələlərlə bağlı əlavə imkanlar seçim zamanı nəzərə alınan amillərdəndir. Lakin sadalanan şəraiti olan uşaq bağçalarının elə də çox olmaması valideynləri seçim qarşısında qoyur – özəl, yoxsa dövlət məktəbəqədər tərbiyyə müəssisələri?

Sorğu zamanı məlum oldu ki, dövlət bağçalarında kameraların olmaması valideynləri narahat edir. Övladını özəl baxçalara göndərmək isə heç də hər valideyinin büdcəsinə uyğun deyil. Sosioloq Asim Məmmədov deyir ki, özəl baxçalarda aylıq ödənişin yüksək olması göstərilən xidmətlərin fərqliliyi ilə əlaqədardır.

Bununla belə dövlət uşaq baxçalarına tələbat kifayət qədərdir. Düzdür, onlayn izləmənin olmaması, bəzi hallarda təmirsiz binalarda fəaliyyət valideynlərin ürəyincə olmasa da etibarlılıq baxımından dövlətin tərbiyyə müəssisələrinə maraq böyükdür.

Seçimin özəl və ya dövlət baxçaları olmasından asılı olmayaraq valideyinlər övladlarını etibar etdikləri müəssisədə təhlükəsiz olduğundan əmin olmalıdırlar.

 

Aişə Rzayeva