• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1958
— 27.01.2022 20:00

Kross yarışı təşkil edilib

KepezTV Player

Şəmkirdə kross yarışı keçirilib. Rayonun Qılıncbəyli kəndində təşkil edilən biriniclik Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunub.

Qaçış başlanğıcını Şəmkirin Ağlavaşlı kəndindən götürüb. Hazırlıqlar tamamlandıqdan sonra burada adıçəkilən kəndin girişində Vətən müharibəsi şəhidi Qurban Qəzənfərlinin xatirə lövhəsinin yanından yarışa start verilib. Müxtəlif yaş qruplarından 34 nəfərin qatıldığı birinciliyin iştirakçıları arasında şəhid ailələrinin üzvləri də olub. 3 km məsafəni əhatə edən qaçışda atletlər Qılıncbəyli kəndində yeni istifadəyə verilən şəhidlərin abidə kompleksinin önündə finiş xəttini keçiblər.

Yarışın sonunda mükafatlandırma mərasimi baş tutub. Finişi keçən ilk 3 idmançı kənd bələdiyyəsi tərəfindən fəxri fərman və pul mükafatı ilə təltif edilib.