• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 979
— 26.01.2022 21:25

Kitabı kafedə oxu

KepezTV Player

Alimlərin araşdırmasına görə, gün ərzində cəmi 6 dəqiqə kitab oxumaq stressi 3 dəfəyə qədər azaldır. Bunun üçün də kitab oxuyanlar, oxumayanlara nisbətən daha sakit və təmkinli olur. Mütaliə sevənləri ekrana yaxın əyləşməyə dəvət edirik, çünki, növbəti sujetimiz məhz onların maraq dairəsini əhatə edəcək.

Paytaxt Bakıda kitab kafelərə çox rast gəlsəkdə, təəssüflər olsun ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə, qədim Nizami yurdunda belə məkanlar yox idi. Amma Ötən ilin sentyabr ayından isə artıq Gəncəmizdə  də kitab kafelər fəaliyyətə başladı. Elə bu gündə belə kafelərin birindəyik.

Kitab kafelərin fəaliyyətə başlanmasında əsas məqsəd, gənclərin asudə vaxtlarını daha səmərəli yəni, kitab oxuyaraq keçirməsinə şərait yaratmaq, onları gələcəyə daha sağlam addımlarla istiqamətləndirməkdir. Bu məkana daxil olan hər kəs, burdaki abu-havanı görüb, ən azından 1 kitabı götürüb mütaliə eləməyi özünə borc bilir. Kitab oxuyanlara çay, qəhvə hətta qida da təklif olunur. Sevindirici hal isə odur ki, gəncləri, tələbələri düşünərək bu cür yerlərdə qiymətlər digər kafe və restoranlara nisbətən daha aşağı olur. Həmçinin kitabları oxumaq tam ödənişsizdir.

Belə məkanda ən sevdilən nüans isə, hər ay tam ödənişsiz qiraət günlərinin təşkil olunmasıdır. Şeir sevənlərin bir araya gəldiyi həmin günlərdə qiraətçilər, yazıçılar hətta sadə vətəndaşlar da şeirlər, qəzəllər söyləyərək mədəni şəkildə istirahət edib, ruhlarını qidalandırırlar.

Kitab kafedə şahmat, dama və digər stolüstü oyunlar da müştərilərə odənişsiz təklif olunur. İnanırıq ki, belə məkanlar çox olsa və gənclərin marağını daha çox cəlb etsə daha sağlam Azərbaycan gəncliyi yetişəcək. Eyni zamanda narkotik, spirtli içki  və başqa pis vərdişlərə alüdəçilərin də sayı azalar. Məhşur alim Con Herşelin deyimi ilə sujeti yekunlaşdırıram - "Bir insana oxumaq eşqi və onu təmin edəcək kitab verin, əmin olun ki, bu adam xoşbəxt olacaq."

Nərgiz Əhmədqızı