• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1857
— 26.01.2022 19:57

Gəncədə nəzarətçi müəllimlər üçün təlim keçirilib

KepezTV Player

Gəncədə bu tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak edəcək zal nəzarətçiləri üçün təlim keçirilib. Təlimdə iştirak edən müəllimlər cari və əvvəlki illlərdə Dövlət İmtahan Mərkəzinin bazasına daxil olan pedaqoqlardır. Müəllimlər imtahanlarda az iştirak etdikləri üçün bu tədbirə cəlb ediliblər. Dövlət İmtahan Mərkəzi Gəncə regional bölməsinin aparıcı məsləhətçisi imtahan texnalogiyalarını və prosesin gedişatı ilə bağlı qaydaları izah edib. İmtahanlarda istifadə olunan protokolların, cavab kartlarının yazılması qaydaları, paylanması, yığılması eləcə də Dövlət İmtahan Mərkəzi tərəfindən olan yeniliklər izah olunub. Həmçinin imtahan zalının peşəkar idarə olunması üçün mühüm məqamları qeyd etmək, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, nəzarətçi müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətlərini interaktiv üsullarla, sorğu-sualla ortaya çıxarmaq haqqında da məlumat verilib.