• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2121
— 26.01.2022 12:30

Təhsil krediti üçün 5 mindən çox tələbə müraciət edib

KepezTV Player

Təhsil Tələbə Kredit Fonduna yanvarın 25-dək 5000-dən artıq tələbə 2021-2022-ci tədris ilinin payız semestrinin təhsil xərclərinin qarşılanması məqsədilə elektron müraciət edib.Fonddan bildirilib ki, müraciətlərdən 1591-i üzrə elektron ərizələr göndərənlər tərəfindən yekunlaşmadığı və notarial ərizə nömrəsi qeyd edilmədiyi üçün sistem tərəfindən emalına başlanmayıb. 2350-ə yaxın tələbə təhsil krediti almaq hüququ qazanıb. Onlardan 686-sı ilə müvəkkil bank arasında onlayn formada müqavilə bağlanıb və təhsilhaqları nağdsız formada onların təhsil aldıqları müəssisələrin bank hesablarına köçürülüb. Müqavilələrin bağlanması prosesi davam edir.