• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 26.01.2022 19:44

BMT-də erməni canilərinin cəzasız qalması məsələsi qaldırılıb

KepezTV Player

"Gələn ay Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı münaqişə zamanı törədilmiş böyük soyqırımının otuz illiyi tamam olur. Ermənilər tərəfindən Xocalıya hücum və şəhərin tutulması nəticəsində yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib və ya ağır yaralanıb, girov götürülüb və işgəncələrə məruz qalıb, şəhər isə yerlə-yeksan edilib".Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının “Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilən iclasında deyib. O qeyd edib ki, beynəlxalq məhkəmə praktikası beynəlxalq hüququ möhkəmlətməyə kömək edib, ən ciddi cinayətlərə görə təqsirkarların cəzalandırılmasına, belə cinayətlərin təkrarlanmasının qarşısının alınmasına, hüququn aliliyinin təmin edilməsinə, sülhün bərpasına şərait yaradıb. Bununla belə, ciddi problemlər hələ də qalır.Cəzasız qalan hüquq pozuntuları çox vaxt münaqişələrin təkrarlanmasına və yeni cinayətlər törədilməsinə rəvac verən katalizator qismində çıxış edir.