• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 25.01.2022 19:22

Yerli arıçılar maarifləndirilib

KepezTV Player

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Gəncə Arıçıları və Peşəkar Arıçılar birliyi tərəfindən arıçılar üçün seminar keçirilib. Türkiyə və Ukraynadan dəvət olunan mütəxəsislər də Gəncə, Göyçay, Goranboy, Şəmkir, Qazax və Samuxdan olan  70-ə yaxın  arıçını bu sahədəki yeniliklər barədə məlumatlandırıb.

Seminar iştirakçılarının diqqətinə çatdırılıb ki, arıçılıqda yerli genofondların qorunması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsərrüfatların damazlıq növünün müəyyən edilməsi üçün mütəmadi işlər həyata keçirilir. Damazlıq təsərrüfatların yaradılması, seleksiya-damazlıq işlərinin təşkili üçün nazirlik tərəfindən mütəmadi monitorinqlər keçirilir, qiymətləndirmə aparılır, cinslər üzrə göstəricilər təhlil olunur. Ölkə ərazisi arıçılığın inkişafı baxımından əlverişli təbii iqlim şəraitinə və bal verən zəngin bitki örtüyünə malik olsa da mane olan amilər də var.

Ölkəmizdə 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələri 2,2 dəfə artaraq 6 yüz minə yaxın, bal istehsalının həcmi isə 1,5 dəfə artaraq 6,6 min tona çatıb. İlk dəfə olaraq 6 tondan artıq Azərbaycan balı Yaponiyaya ixrac edilib. Seminarın sonunda mütəxəsislər tərəfindən arıçıları maraqlandıran suallar cavablandırılıb.

 

Elnur Vahidoğlu