• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 24.01.2022 20:37

996 nəfər qripə qarşı peyvənd olunub

KepezTV Player

Koronavirusa yoluxmamağın, eləcə də yoluxduqda ona qarşı mübarizə aparmağın bir yolu da bədəndə immuntetin yüksək olmasıdır. Bunu nəzərə alaraq Səhiyyə Nazirliyinin tapşırığı ilə Gəncədə qrip əleyhinə vaksinasiya aparılır. Artıq minə yaxın şəhər sakininə peyvənd vurulub.

Gəncədə qrip əleyhinə peyvəndləmə 1 aydan artıqdır ki, şəhərin Məmməd Xələfov küçəsində yerləşən Kəpəz Ailə Sağlamlıq Mərkəzində aparılır. Məntəqə Fransa istehsalı olan Vaksiqrip tetra adlı peyvəndlə təmin edilib. Müraciət edən şəxslərə elektron qeydiyyata alındıqdan sonra vaksin vurulur.

Aynurə Məmmədhəsənova  sakin: Mən qrip əleyhinə vaksin vurdurdum. Özümü çox yaxşı hiss edirəm. Hər şey yaxşıdır. Məsləhət görərdim ki, hamı vurdursun.

Məhərrəm Qurbanov  sakin: Qripə görə iynə vurdurdum. Özümü də yaxşı hiss edirəm. Minnətdarlığımı bildirirəm.

Bu aksiyada həftə içi hər gün18 yaşdan yuxarı bütün şəxslər könüllü şəkildə iştirak edə bilərlər.  İndiyə kimi Gəncədə 996 nəfər peyvənd olunub ki, bunlar da əsasən xüsusi risq qrupuna daxil olanlar, tibb işçiləri və ağır xəstəlikdən əziyyət çəkənlərdir.

Günay Tağıyeva  Ailə Sağlamlıq Mərkəzinin rəhbəri: Hazırda xəstəliyə yoluxmada artım müşahidə olunur. Buna görədə ölkəmiz tərəfindən Vaksiqrip peyvəndi vurulmaqdadır. Hazırda hər iki peyvəndi karanavirus və qrip əleyhinə peyvənd vurdurmaq olar. Hər ikisi başqa-başqa xəstəlikdən qoruyur. Səhiyyə Nazirliyi tərəfindən belə tövsiyyə olunur ki, karanavirusa qarşı birinci və ikinci doza vurdurduqdan iki həftə sonra bu peyvəndi vurdurmaq olar. Üstünlüklər virus əleyhinədir. Əgər xraniki xəstəlik aktivləşərsə o zaman təzədən təkrar vurulur. Bir də o zaman vurulmur ki, hansısa alargik xəstəliyi var. Bunu vurdurandan sonra daha qorunmuş hesab etmək olar. Müraciət edirik ki, həm karanavirus həm də qrip əleyhinə vaksin olunsunlar.

Bu peyvənd qrip ştammını öldürməklə bərabər orqanizmdə immunitet əmələ gətirir ki, bu da COVİD19-a qarşı bədənin müqavimətini artırır. Vaksin vurduran heç kimdə yan təsirlər müşahidə edilməyib.

Elnur Vahidoğlu