• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2106
— 24.01.2022 20:36

Respublika fənn olimpiadalarına başlanılıb

KepezTV Player

2021-2022-ci tədris ili üzrə respublika fənn olimpiadalarının birinci mərhələsinə start verilib. Cari tədris ilində fənn olimpiadalarında iştirak etmək üçün ölkə üzrə ümumilikdə 32 mindən çox şagird qeydiyyatdan keçib. Olimpiadalar riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçirilir.Olimpiadaların Gəncə şəhər mərhələsində 54 nəfər nəzarətçi-müəllim imtahanların gedişinə nəzarət edib.Fənn olimpiadalarının təşkilində məqsəd istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.