• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1758
— 24.01.2022 20:33

İTSDA-ya 10 milyondan çox müraciət olub

KepezTV Player

"Sığortaolunanlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər ərazilərdə TƏBİB-in tabeliyində olan istənilən tibb müəssisəsinə müraciət edə bilərlər". İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova Agentliyin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı belə deyib. Deportament rəhbəri bildirib ki, daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək. Xaricdə təhsil alan həkimlər yüksək maaşla tibb müəssisələrinə cəlb olunacaq.

"Ötən il 4 milyondan çox pasiyent icbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinə müraciət edib". Həmin şəxslərin müraciətlərinin sayı 10 milyondan çox olub. Onlara 22 mindən çox tibbi xidmət göstərilib. Ən çox müraciət isə tibbi müayinə ilə bağlı olub.

Aynurə Əhmədova İTSDA-nın departament rəhbəri: Qan dövranı sistemi xəstəlikləri, endokrin sistemi və maddələr mübadiləsi o cümlədən qidalanma pozğunluqları ilə bağlı xəstəliklər üzrə müraciətlər çox olmuşdur. Tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri üzrə, sümük əzələ sisteminin birləşdirici toxumanın xəstəlikləri üzrə, sidik cinsiyyət sisteminin xəstəlikləri üzrə müraciətlər sayı ilk onluqda yer alır. O cümlədən mama-ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və onluğu zədələr və zəhərlənmələrlə bağlı müraciətlər bağlayır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi özəl klinikalarla müqavilələrin sayını da artırıb. Göndəriş əsasında xidmət göstəriləcək tibb müəssisələrinin sayı 34-ə çatdırılıb.

Aynurə Əhmədova İTSDA-nın departament rəhbəri:  Yanvar və noyabr ayları üzrə 19 min 156 nəfərə özəl tibb müəssisəsində xidmət göstərilməsi üçün göndəriş vərəqəsi verilib. Onların 541 nəfərini uşaqlar təşkil edir. Özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlər üçün agentlik tərəfindən 11 ay ərzində 24 milyon vəsait ödənilmişdir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2 550 sayda tibbi xidmət göstərilir. Agentlikdən bildirilir ki, hər bir şəxs yaşadığı ərazidən asılı olmayaraq TƏBİB-in tabeliyindəki istənilən tibb müəssisəsinə müraciət edə bilər.

Aynurə Əhmədova İTSDA-nın departament rəhbəri:  Əsas dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, əgər təcili hal yaranarsa vətəəndaş ölkədə fəaliyyət göstərən istənilən özəl tibb müəssisəsinə müraciət edə bilər və təcili haldırsa həmin özəl tibb müəssisəsi ona xidmət göstərməlidir. Agentlik həmin xidmətlərin pulunu xidmətlər zərfində göstərilən tariflə ödəməyə hazırdır. Yetər ki, bununla bağlı bizə müraciət olunsun, təcili əsaslandırılan sənədlər təqdim olunsun özəl tibb müəssisəsi tərəfindən. Biz vətəndaşa orada göstərilən xidmətin dəyərini xidmətlər zərfində nəzərdə tutulan tariflə ödəyəcəyik.

Xaricdə təhsil alan həkimlər yüksək maaşla tibb müəssisələrinə cəlb olunacaq. Bunun üçün proqrama başlanılır. 2022-2023-cü illəri əhatə edəcək proqrama il ərzində 8 milyon manatdan çox vəsait xərclənməsi nəzərdə tutulub. Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki tibb müəssisəsinə üstünlük veriləcək. Proqram çərçivəsində tibb müəssisələrinin hər birinə 10 nəfərdən çox olmamaqla, ümumilikdə 100 nəfər həkim-mütəxəssisin cəlb edilməsi nəzərdə tutulur.