• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 24.01.2022 20:30

Dədə-baba torpaqlarını görmək imkanı

KepezTV Player

Şuşa və Ağdama avtobus marşutlarının təşkili doğma yurdlarını görmək istəyənlərin miskilinə də son qoyur. Təbii ki, paytaxtla yanaşı ölkənin digər bölgələrindən olanlar, eləcə də Gəncədə məskinlaşan Şuşa və Ağdam sakinləri də dədə-baba yurdlarına getmək niyyətindədirlər. Onların ürəyincə olan açılan avtobus reyslərinin regionlardan da təşkil edilib-edilməyəcəyini biləcəksiniz.

“Yolumuz Qarabağa” layihəsi doğulub, boya-başa çatdıqları yerləri görmək arzusunda olan Şuşa və Ağdam sakinləri üçün uzun illərin həsrətinə son qoyub. Bunu Gəncədə yaşayan köçkünlər də deyir. Kimisi 30, kimisi 50 yaşında anadan olduqları şəhər və rayondan köçkün düşüb. Ancaq bu gündən böyük qayıdışın bir hissəsi olan ilk marşutların Qarabağa yola düşməsi onları ən azı dünya gözüylə bir dəfə də olsun doğma torpaqlarını görməyə imkan yaradır.

Şuşalı və ağdamlıların sevincinə digər rayonlardan olan köçkünlər də qoşulub. Onlar da tezliklə bu gündən doğma yurdlarından didərgin düşən digər sakinlərə də qismət olacağı arzulayırlar.

Hazırda avtobuslar yalnız Bakı, Bərdə və Füzulinin Əhmədbəyli kəndindən Şuşa və Ağdama yan alır. DANX-dən ölkənin digər şəhər və rayonlarından adıçəkilən istiqamətlər üzrə marşurutların açılmasının planlaşdırılmadığı bildirilib. İnanmaq istərdik ki, yaxın gələcəkdə bu ölkənin bütün bölgələri üzrə mümkün olacaq.