• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 24.01.2022 12:04

Gəncədə İcma inkişafı və sahibkarlıq təhsili üzrə təlimlər keçirilir

KepezTV Player

Gəncədə "Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi" layihəsi həyata keçirilir. Tədbir "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi, ASAN Könüllülük məktəbinin və Azərbaycan Texnologiya Universitetinin tərəfdaşlığı ilə reallaşıb. Məqsəd Gəncə-Qazax regionunda yaşayan gənclərin sahibkarlıq təhsili və təhsil imkanları barədə məlumatlandırmaqla onların məşğulluq və iştapma bacarıqlarının artırılmasıdır. İcra edilən layihə  özündə 9 ölkədən - Litva, Bolqarıstan, İsveç, Makedoniya, Niderland, Gürcüstan, Belarus, Ukrayna və Moldovadan olan əməkdaş təşkilatları birləşdirir. Layihə çərçivəsində 7 aydır ki fəaliyyət göstərən Resurs Mərkəzi Gəncə və ətraf regiondan olan gənclər üçün xidmət göstərir. Mərkəz gənclərin sahibkarlıq fəaliyyəti və icma inkişafı mövzularında əvvəlcədən təlimatlandırılmış gənc ekspertlər tərəfindən müvafiq mövzularda mütəmadi təlimləndirilmələrini və müvafiq mövzularda konsultasiyaya cəlb olunmalarını təmin edir.