• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1524
— 24.01.2022 12:01

Yolumuz Şuşaya və Ağdamadır

KepezTV Player

Azərbaycan xalqının həsrətinə son qoyuldu. “Yolumuz Qarabağa” layihəsi ilə işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlər çərçivəsində bu gündən Ağdam və Şuşa istiqamətinə müntəzəm avtobus marşrutları fəaliyyətə başlayıb. Şuşa və Ağdam şəhərlərinə yola düşən sərnişinlərin ziyarət edəcəkləri yerlərin siyahısı da açıqlanıb. Şuşa səhəri üzrə Cıdır düzü, Vaqifin Muzey Məqbərə Kompleksi, Bülbülün Ev Muzeyi, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi, İcra Hakimiyyətinin inzibati binasının qarşısı, "Güllələnmiş heykəllər", Xan qızı Xurşidbanu Natəvanın Ev Muzeyi, Xan qızı bulağı və Şuşa qalası, Ağdam şəhərində isə Pənahəli xanın İmarət Saray Kompleksi, Çörək Muzeyi, Şəhidlər Xiyabanı, Dram teatr, Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası ziyarət ediəcək. Hər marşrut üzrə Müvafiq Xüsusi Nümayəndəlik və Dövlət Turizm Agentliyi üzrə bələdçi təyin edilib.Şuşa və Ağdam marşrutu üzrə həyata keçirilən müntəzəm avtobus reyslərinə bilet satışı onlayn qaydada, “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Anar Rzayev DANX-ın rəisi: Şuşa istiqamətində 2 reys Bakıdan təşkil olması nəzərdə tutulur. Və 4 reys Əhmədbəylidən. Ağdam istiqamətində 2 reys Bakıdan və 2 reys Bərdədən təşkil olunacaq. Avtobuslar tamamilə doludu. Boş yer yoxdu. Şuşa istiqamətində 47 sərnişin bu gün hərəkət edəcək, Ağdam istiqamətində isə 43. Şuşaya səfərin müddəti 6 saat 30 dəqiqə bir tərəfədi. Ağdama isə 6 saatdır. Şuşada və Ağdamda hər birisində təxmini 2 saat yarım vaxt ayrılıb ki, orda ziyarət yerlərinə baxılsın. Daha sonra avtobus eyni sərnişinlərlə bir daha geri dönəcək.