• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2141
— 23.01.2022 20:06

Fevralda sınaq imtahanları keçiriləcək

KepezTV Player

Respublikanın ali təhsil məktəblərinə qəbul imtahanlarına hazırlıq məqsədi ilə sınaq imtahanları keçiriləcək. Artıq imtahanların qeydiyyatına başlanılıb və proses davam edir. Bundan başqa fevral və mart aylarına planlaşdırılan imtahanların vaxtları da məlumdur.

Pandemiya səbəbindən ali məktəblərə qəbul imtahanlarına hazırlıq məqsədi ilə keçirilməyən sınaq imtahanlarına yenidən start verilir. Artıq yanvarın 12-dən sınaq imtahanlarına qeydiyyat da başlayıb. Fevralın 2-nə kimi davam edəcək proses başa çatdıqdan 11 gün sonra, yəni ayın 13-də ilk sınaq imatahanı keçiriləcək.

Yeni qaydalara görə bu il üçüncü qrup qəbul imtahanında da müəyyən dəyişikliklər olacaq. Belə ki, ikinci qrupda olan regionşünaslıq və beynəlxalq münasibətlər üçüncü qrupa daxil edilib. Bunun üçün əlavə olaraq coğrafiya fənnindən sınaq imtahanı da keçiriləcək.

Həmçinin bu il Respublikanın ali məktəblərinə qəbul imtahanlarının qeydiyyatı və vaxtları barədə əlavə məlumatlar veriləcək.

 

Elnur Vahidoğlu