• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1886
— 22.01.2022 21:08

Son bir ildə 114 uşaq övladlığa verilib

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ötən il ərzində 58-i qız, 56-ı oğlan olmaqla 114 uşağı övladlığa verib.Nazirlikdən verilən məlumata görə, övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığa götürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır. Bildirilib ki, ötən il reinteqrasiya tədbirləri də davam etdirilib və nəticədə son bir ildə 89 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub. Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Həmin vaxtdan ümumilikdə 73-ü oğlan, 74-ü qız olmaqla 147 uşaq övladlığa verilib.