KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sursatların aşkar edilməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu hadisə yerinə cəlb edilib. Baxış zamanı aşkar edilmiş sursatların tərkibində partlayıcı maddə olmayan 1 ədəd tank mərmisi və 1 ədəd top mərmisi olduğu müəyyən edilib. Mərmilər pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. Əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
- Baxış: 833