• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 22.01.2022 11:29

Koronavirus xəstələrinin karantində qalma müddəti azaldılır

KepezTV Player

Yanvarın 24-dən Azərbaycanda koronavirus xəstələrinin karantində qalma müddəti 14 gündən 7 günə azaldılır. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Qeyd olunur ki, “Omicron” ştamının spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur. Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid müddəti ölkəmizdə 24 yanvardan etibarən 14 gündən 7 günə azaldılır. Vətəndaşlardan virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.