• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1584
— 21.01.2022 20:03

320 min 792 nəfər peyvənd olunub

KepezTV Player

İki ildən artıqdır ki, insanların həyatına daxil olan koronavirus sanki qorxulu kabusa çevirilib. Virusunun yayılmasının qarşısını almaq və mübarizədə effektivliyə nail olmaq üçün ölkəmizdə də 1 ildir ki, vaksinasiya prosesi aparılır. Gəncədə ötən dövr ərzində 320 min 792 nəfər peyvənd  olunub.

Gəncədə COVİD 19-a qarşı vaksinasiya 5-i səyyar olmaqla 10 tibb məntəqəsində aparılır. Məqsəd sakinlərin peyvəndə əlçatanlılığını təmin etməkdir.

Gəncədə peyvənd olunanlardan 143 min 168 nəfəri birinci, 142 min 820 isə ikinci doza vaksin vurduranlardır. Bundan başqa 34 min 804  nəfər üçüncü doza peyvənd olunub. Peyvəndləmə işlərini davam etdirmək üçün evlərdə də tibb işçilərindən ibarət səyyar xidmətlər göstərilir.

Qaydalara görə ikinci doza vaksindən 150 gün sonra hər bir vətəndaş üçüncü peyvəndi, 28 gün sonra isə dördüncü dozanı vurdura bilər. Bu COVİD-19 qarşı aparılan ən güclü mübarizə üsuludur.

Gəncədə koronavirusa qarşı kifayət qədər vaksin ehtiyatı var və   istənilən şəxs tibb məntəqələrinə müraciət etməklə peyvənd oluna bilər.

 

Elnur Vahidoğlu