• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 891
— 21.01.2022 15:50

"Yolumuzqarabaga.az" saytı istifadəyə verilib

KepezTV Player

Bu gündən Qarabağa təşkil edilən müntəzəm marşrut avtobusları ilə Şuşa və Ağdama səfər edəcək şəxslərin bilet alması üçün yaradılan "Yolumuzqarabaga.az" portalı istifadəyə verilib.<br>Portalda vətəndaşlara 3 müxtəlif məkandan çıxış imkanı təqdim edilib. Yanvarın 24-dən etibarən vətəndaşlar bilet alaraq, Bakı, Bərdə və Əhmədbəylidən Şuşa və Ağdama səfər edə biləcəklər. Eyni anda maksimum 5 sərnişin üçün biletin alına bilər. Müəyyən edilmiş qaydalara görə, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə reys olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat müəyyən edilib. Qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar. İlkin mərhələdə 18 yaşdan yuxarı&nbsp;Azərbaycan vətəndaşları&nbsp;bilet ala bilərlər.