• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1999
— 21.01.2022 12:17

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib

KepezTV Player

İşğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir. Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər  rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub. Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.