• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1842
— 17.01.2022 15:14

Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq əməkdaşlarının və bir neçə müştərinin müvafiq COVID-19 pasportlarının olmadan fəaliyyət göstərməsini aşkarlayıb. Polis əməkdaşları dərhal obyekt barəsində qanuna müvafiq tədbir görüb. Obyekt sahibi barəsində protokol tərtib edilərək 4000 manat məbləğində, orada işləyən və müştərilər barəsində isə eyni maddənin tələbi ilə 200 manat miqdarında cərimə edilib.