• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1552
— 16.01.2022 20:39

Aleksandr Səmədov Azərbaycan millisini seçməməsinin səbəbini açıqladı

KepezTV Player

"Azərbaycana böyük hörmətlə yanaşıram, çünki köküm oradandır, atam bu ölkədə anadan olub".

Bunu Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov "Qardaşyana cavab ver" yutub kanalına müsahibəsində Azərbaycan millisindən aldığı təklifləri qəbul etməməsi barədə danışarkən deyib. Veteran yarımmüdafiəçi bildirib ki, Rusiya yığması ilə böyük turnirlərdə iştirak etmək şansı yüksək olduğundan bu addımı atıb: "Üstəlik, mən burada doğulmuşam, Moskvada yaşamışam və anam rusdur. Gedib Azərbaycan milli komandasında 15 -20 il oynaya bilərdim. Amma bu, mənim şəxsi qərarım idi. Rusiya yığması ilə bütün mümkün turnirlərdə iştirak etdim. Bu da onu göstərir ki, gözləntim özünü doğrultdu" - deyə Səmədov əlavə edib. Tanınmış sabiq futbolçu özünü həm rusiyalı, həm də azərbaycanlı kimi hiss etdiyini də söyləyib.