• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 14.01.2022 11:38

Mağazadan oğurluq edən şəxslər saxlanılıb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Məmmədov və Arif Ələkbərov ilə birlikdə rayonun Quşqara kəndi ərazisindəki mağazaya qeyri-qanuni yola daxil olaraq oradan ümumilikdə 2 430 manat dəyərində olan tütün, alkoqol və energetik içkilər eləcə də gündəlik tələbat mallarını oğurlayıblar. Həmin şəxslər oğurladıqları malları sonra Gəncə şəhərində satıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.