Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin “Çempionumuz” sosial idman layihəsi çərçivəsində növbəti görüş reallaşıb. Bu layihə region məktəblərində idman sahəsində fəaliyyət göstərən məşhur simaları tanıtmaq məqsədilə hər ay təşkil edilir. 39 nömrəli tam orta məktəbdə baş tutan görüşdə bu dəfəki qonaq əməkdar məşqçi, respublika dərəcəli hakim, 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Asif Həsənov olub. Şagirdlərlə bir araya gələn çalışdırıcı idman karyerası və şahmatın sirləri haqda ətraflı məlumat verərək şahmatın beynin inkişafında mühüm rol oynadığını bildirib. Daha sonra məktəblilər Asif Həsənova onları maraqlandıran sualları veriblər, məşqçi isə öz növbəsində sualları cavablandırıb. Sonda əməkdar məşqçi haqda videoçarx nümayiş etdirilib. Layihə uyğun olaraq gələn aylarda da məktəblərdə bu cür görüşlər keçiriləcək.
- Baxış: 718