• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2157
— 12.01.2022 12:04

Quldurluq edən şəxs saxlanılıb

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə soyuq silah qismində istifadə edilən əşya ilə zor tətbiq etməklə vətəndaşın pulunu və şəxsi əşyalarını ələ keçirməkdə şübhəli bilinən Elmar Əliyev tutulub. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs silah qismində istifadə etdiyi bıçaqla həmkəndlisinə həyat və sağlamlıq üçün zor tətbiq edəcəyi hədəsi ilə 23 manat nağd pul, 1 ədəd 35 manat dəyərində mobil telefon və bir ədəd 30 manat dəyərində təsbehi quldurluq yolu ilə mənimsəyib. Saxlanılan şəxs maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.