• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 10.01.2022 20:56

Göygöldə mağazaların dam örtüyünü deşib oğurluğa girdilər

KepezTV Player

Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Rüstəmov və Sahib Hüseynov 2021-ci ilin müxtəlif vaxtlarında rayon ərazisindəki 3 mağazanın dam örtüyünü deşərək içəri daxil olub, oradan ümumilikdə 12000 manat dəyərində tütün və gündəlik tələbat malları oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları malları Gəncədə satıblar. Faklarla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb.