• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 10.01.2022 20:54

Azyaşlılar arasında geniş yayılmış virus

KepezTV Player

Son bir neçə həftədə geniş yayılan – kəskin öskürək, yüksək qızdırma, halsızlıq kimi əlamətlərlə özünü göstərən  virus uşaqlar və eyni zamanda böyüklər arasında geniş yayılıb. Valideyinlər də bundan narahatlıqlarını ifadə edirlər. Belə olan halda azyaşlılara müxtəlif dərman preparatları, eyni zamanda antibiotiklər tətbiq etdiklərini söyləyirlər.

Son zamanlar uşaqlar arasında virusla xəstələnmələrin sayı artıb. Xüsusən də 5-9 yaşlılar arasında xəstələnmə halları daha çox müşahidə olunur. Belə ki, bir çox uşaq bağçalarında və məktəblərdə xəstəlik səbəbindən davamiyyətin də aşağı düşdüyü bildirilir. Əczaçıların sözlərinə görə uşaqlar üçün nəzərdə tutulmuş dərmanların satışında kəskin artım da müşahidə olunur.

Həkimlər bildirir ki, yayılan xəstəlik koronavirus deyil, bilinən mövsümü qrip virusudur. Bütün hallarda xəstəlik qısa müddət davam edir, tez diaqnoz qorularsa pnevmoniya ilə ağırlaşma halları müşahidə olunmur.

Qeyd edək ki, COVID-19-un əlamətləri qriplə çox bənzəyir ki, bu da ayırdetməni çətinləşdirir. Çünki hər iki xəstəlik boğaz ağrısı, hərarət, yorğunluq, quru öskürək kimi əlamətlər verir və ötürülmə yolu da eynidir. Ümumi olaraq isə hər iki virusdan qorunmaq üçün diqqət edilməli gərəkənlər maska taxmaq, normal, sağlam, vitaminli qidalar qəbul etməkdir.

Aişə Rzayeva