• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 10.01.2022 13:14

DTX saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edir

KepezTV Player

Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür. Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsininin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, DTX-nin rəsmi internet saytı və sosial şəbəkələrdə səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir.DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir. "Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır" - deyə qurumun məlumatında bildirilib.