• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 956
— 09.01.2022 19:08

Körpələrə verilən qəribə adlar

KepezTV Player

Həyatımız boyu şübhəsiz ki, ən çox eşitdiyimiz xitab adımızdır.Onun yaxşı səslənməsi, müsbət aura yaratması hər kəs üçün çox önəmlidir. Ancaq elə valideyinlər var ki, övladına ad seçərkən həmin uşağın gələcəkdəki missiyasını gözardı edirlər. Bunu ötən il körpələrə  verilən qəribə adların siyahısına baxaraq görmək olar. Bəs valideyinlər uşaqlara gələcək həyatının başlanğıcı olan adqoyma zamanı nələrə diqqət etməlidirlər? Sıradakı sujetdə biləcəksiniz.

Adın nədir? Qələm, Külək, Dəftər, Doğru, Aprel, Gil, Toyxanım, Başxanım, Ataman və ya Çaydagül. Qulağa qəribə səslənsə də bu adlar ötən il Azərbaycanda doğulan körpələrə verilən adlar siyahısındadır. Bəzi insanlar adların insan taleyinə yön verdiyinə, ona təsir etdiyinə inanırlar. Ona görə də əksər valideyinlər övladlarına ad seçərkən gələcəkdə görmək istədikləri, öz arzularının təzahürü olan adlara üstünlük verirlər. Ancaq bəziləri də adların qəribə səslənməsi qalsın bir kənarda, onun uşağın psixologiyasına necə təsir edəcəyini belə düşünmürlər.