• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 719
— 08.01.2022 20:25

“Yaddaşlara köçən ömür”

KepezTV Player

Gəncənin tanınmış həkimi Şirin Əhmədovanın anım günüdür. Ömrünün böyük hissəsini gələcəyimiz olan fidanların sağlamlığının keşiyində durmağa həsr etmiş Şirin Əhmədova Gəncə şəhər Yoluxucu Xəstəliklər xəstaxanasının şöbə müdiri, şəhərin baş infeksionisti olub. Təcrübəli mütəxəssis dünyanı çənginə alan koronavirus pandemiyasının tüğyan etdiyi vaxtlarda Gəncədə bu virusa yoluxan xəstələrin müalicəsində yaxından iştirak edib. Özü də COVİD-19-a yoluxan Şirin həkim elə bu səbəbdənötən il yanvarın 8-də həyatla vidalaşıb. Hər zaman vəzifə borcunu layiqincə yerinə yetirən Şirin Əhmədova haqqında Kəpəz Televiziyası “Yaddaşlara köçən ömür” adlı sənədli film hazırlayıb. Həmin ekran əsərini "Bu gün" informasiya proqramından dərhal sonra izləyə bilərsiniz.