• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 08.01.2022 20:35

Pandemiya zamanı ATM və terminallardan istifadə

KepezTV Player

Koronavirusla bağlı bankomatlar və ödəmə terminallardan istifadədən söz açacağıq bu dəfə. İnfeksiya hava-damcı və təmas yolu ilə yayıldığından sözügedən qurğulardan istifadə zamanı həm sıxlığa, həm də gigiyenik normalara diqqət etmək lazımdır.

Bu gün ölkəmizdə on minlərlə insan bankomatlardan və ödəmə terminallarından istifadə edir. Ölkənin ikinci ən böyük şəhərində də adıçəkilən qurğulardan istifadə zamanı vətəndaş məsuliyyəti ön plandadır. ‸Gigiyenik normalara riayət olunması istiqamətində avadanlıqlara təmas zamanı tibbi məhlullardan və maskandan istifadə, sıxlıq zamanı sosial məsafənin qorunması mütləqdir.

Daxili İşlər Nazirliyinin əməkdaşları da xüsusi karantin rejimi qaydalarına nəzarət tədbirlərini məqsədyönlü şəkildə davam etdirir. Gəncə polisi tərəfindən pul çıxaran və ya ödəniş edən insanlarla bağlı profilaktik tədbirlər davam etdirilir.

Hər bir azərbaycanlı öz vətəndaş mövqeyindən çıxış etməli, ölkə başçısının koronavirus pandemiyası üçün mübarizə tədbirlərinə vətəndaş həmrəyliyini nümayiş etdirməli, bəşəriyyəti təhdid edən belə bir təhlükəli xəstəliyin aradan qaldırılması üçün görülən işlərə biganə qalmamalıdır.

Valeh Anaroğlu