• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 07.01.2022 19:20

Erməni etirafı: Ağdam viran qoyulub

KepezTV Player

Bu arada, Ermənistan mətbuatında Azərbaycanın azad edilən ərazilərində törədilən erməni vəhşilikləri ilə bağlı yazı yayımlanıb.;Ruben Vardazaryan adlı şəxs qələmə aldığı məqalədə vaxtilə erməni işğalı altında olan Azərbaycan ərazilərində, xüsusilə Ağdamda olan vəziyyətə diqqət çəkir, həmvətənlərindən Ağdamın niyə yox edilməsinin səbəbləri barədə düşünmələrini xahiş edir. Uşaqlıqdan onlara guya bu bölgədə ən mədəni, insani xalqın məhz ermənilər olduğunun aşılandığını vurğulayan Ruben Vardazaryan Azərbaycan ərazilərində törədilən bu vəhşiliklərin ermənilərin diplomatik vəziyyətinə ciddi təsir göstərəcəyindən son dərəcə əmin olduğunu bildirib. ***Millət vəkili, politoloq Arzu Nağıyev Kəpəz televiziyasına açıqlamasında ermənilərin bu barbarlıqlarının səbəblərinə toxunub.