• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 07.01.2022 19:30

Kəlbəcər sakinlərinə gücləndirilmiş vaksin vurulur

KepezTV Player

Gəncə və ətraf bölgələrdə yaşıyan Kəlbəcər rayon sakinlərinin koronavirus xəstəliyinə qarşı üçüncü və dördüncü doza vaksinasiyası davam edir. Bunun üçün xəstəxana kifayət qədər virus əleyhinə peyvəndlə təmin edilib.

Gəncədə yerləşən Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində 3 peyvənd otağı yaradılıb. COVİD 19-dan qorunmaq üçün tibb müəssisəsinə müraciət edən şəxs prosedur qaydalarna uyğun olaraq vaksin vurulur. Gün ərzində onların sayı 80 nəfərə yaxındır. Üçüncü və dördüncü doza peyvənd olunanlar arasında heç bir neqativ hal aşkar edilməyib.

Təlimata uyğun olaraq göcləndirilmiş doza ikinci peyvənd vurulduqdan 5 ay sonra tətbiq edilir. Dördüncü doza isə üçüncüdən 28 gün sonra vurulur. Bu peyvəndləri vurduranlarda karanavirusa yoluxma riski azalır və yoluxarkən belə xəstəlik yüngül formada keçirilir.

Peyvənd olunanların pasportlarına üçüncü və dördüncü vaksinin vurulma tarixləri də yazılır. Bundan başqa tibb işçiləri səyyar briqadalar vasitəsilə ətraf ərazilərdə yaşayan rayon sakinlərinin də peyvənd olunmasını həyata keçirirlər.

 

Elnur Vahidoğlu