• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1124
— 07.01.2022 19:33

İcra başçısı polis rəisi ilə küçə ticarətinə qarşı

KepezTV Player

Gəncədə qanunsuz küçə ticarətinə qarşı reydlər davam edir. Bu dəfə şəhər icra hakimiyyətinin başçısı ilə Baş Polis İdarəsinin rəisi Gəncənin simasına xələl gətirənlərə xəbərdarlıq edib.

Reyd zamanı piyada səkiləri, parkinq yerlərinin qanunsuz küçə ticarətçiləri tərəfindən zəbt edilməsi aşkarlanıb. Əsasən də meyvə-tərəvəz məhsullarının antisanitar və gigiyenik normalara əməl edilmədən satışının həyata keçirilməsi sağlamlıq üçün də ciddi təhlükə törətdiyini deməyə əsas verir.

Şəhər ərazisində fəaliyyət göstərən köşklərin satıcıları da ərzaq, qida, istehlak mallarını səkilərə çıxararaq satırlar ki, bu da piyadaların təhlükəsiz hərəkətinə təhdid yaradır. Reyd zamanı satıcılarla maarifləndirici söhbətlər aparılıb, küçələrdə qanunsuz olaraq açıq havada satış etməyin antisanitar şərait yaratdığı diqqətə çatdırılıb. Satıcılara alternativ variant olaraq bazarlarda, qapalı məkanlarda alver etmək təklif edilib.

Qanunsuz küçə ticarətinin qarşısının alınmasına istiqamətlənən reydlər davamlı xarakterlidir və aşkarlanan analoji hallar ciddi tədbirlərin görülməsi ilə nəticələnir.

 

Valeh Anaroğlu