• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1499
— 06.01.2022 20:22

İğtişaşlarda ölən asayiş keşikçilərinin sayı açıqlanıb

Qazaxıstanın Almatı şəhərində Respublika meydanının iğtişaşçılardan təmizlənməsi məqsədilə xüsusi əməliyyat keçirilib. Məlumata görə,hakimiyyət şəhər sakinlərinə antiterror əməliyyatının keçirilməsi ilə bağlı SMS bildirişlər göndərib. Kütləvi iğtişaşlar zamanı 18 asayiş keşikçisi həlak olub.Hadisələr zamanı təhlükəsizlik qüvvələrinin daha 748 əməkdaşı xəsarət alıb.İğtişaşlarla bağlı ümumilikdə 2 298 şəxs saxlanılıb.

Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstana sülhməramlı missiya göndərib. Göndərilən kontingentin bölmələri artıq Qazaxıstanda öz xidməti vəzifələrini yerinə yetirməyə başlayıb. Sülhməramlı kontingentin Rusiyadan olan təmsilçiləri hərbi nəqliyyat təyyarələri ilə Qazaxıstan ərazisinə gətirilib. Missiyanın tərkibindəki bölmələr artıq qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə başlayıb.

Azərbaycanın Qazaxıstandakı səfirliyi isə bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib. Səfirliyin tviter hesabında yer alan müraciətdə 19 yanvar tarixinədək bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyətin elan edildiyi bildirilir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur.