• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 06.01.2022 20:18

Gəncədə vaksinasiya ilə bağlı vəziyyət

KepezTV Player

Ümumdünya Səhiyyə Təşkilatının, mütəxəssislərin davamlı olaraq tövsiyə etdiyi vaksinasiya prosesinin əhəmiyyətindən danışacağıq. Peyvənd əsrlər boyu müxtəlif xəstəliklərdən qorunmaq üçün ən effektli yol hesab edilib. Günümüzün bəlasına çevrilən koronavirus pandemiyası ilə mübarizədə də vaksinasiya böyük önəm daşıyır. Əməkdaşımız Aişə Rzayeva Gəncədə bu sahədə vəziyyətlə maraqlanıb. İzləyək.

Ölkəmizdə son günlərdə koronavirus infeksiyasına yoluxma hallarının sayında stabillik müşahidə olunur. Bunun başlıca səbəbi isə vaksinasiya ilə bağlıdır. Peyvənd edilənlərinin sayının kifayət qədər yüksək olması pandemiya ilə mübarizədə öz effektini göstərir. Gəncədə də vaksinasiyaya maraq yüksəkdir.

Vaksinasiyanın əhəmiyyəti infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdır. Həkimlər son dövrlər ölüm sayının 2 rəqəmli həddə düşməsində məhz peyvəndin roluna diqqət çəkirlər.

Mehriban Babayeva vaksinasiya məntəqəsinin rəhbəri: Bütün ölkədə olduğu kimi Gəncə şəhərində də vaksinasiya prosesi uğurla həyata keçirilir. Vətəndaşlara tövsiyyəmiz odur ki, vaksin vurdurmaqla həm özlərini həm ətrafında olan vətandaşları xəstəlikdən qorusunlar. Xəstəliyin azalmasının, ölüm sayının azalmasının səəbəbi ancaq vaksinasiyadır. bu gün isə vətəndaşlar özləri maraq göstərərək gəlirlər. onlarda görürlər ki, nə qədər çox vaksin vurulduqca bir o qədər ümunitet möhkəmlənir bu xəstəliyə qarşı mübarizə aparmaq olur.

Pandemiyanın tezliklə aradan qalxması və normal həyata qayıtmanın yolunun peyvənd olunmaqdan keçdiyi dəqiqdir. Digər qaydalara əməl etməyin vacibliyini də diqqətdən kənarda qoymamalıyıq. Söhbət qapalı məkanlarda tibbi maskalardan istifadə, əl gigiyenası və ara məsafəsinin gözlənilməsindən gedir.

Aişə Rzayeva