• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1839
— 31.12.2021 12:42

Nizami Gəncəviyə həsr olunan 2 kitab təqdim olunub

KepezTV Player

Gəncədə şair, Nizami tədqiqatçısı Bayram Apoyevin Nizami Gəncəviyə həsr olunan “Nizamidə özünü tərbiyyə” və “Heydər Əliyev və Nizami Gəncəvi” adlı kitabların ictimayyətə təqdimatı keçirilib. Böyük söz ustadının 880 illiyi ilə bağlı işıq üzü görən nəşrlərdə dahi şairin yaradıcılığı, onun əsərləri geniş təhlil edilir. Həmçinin ulu öndərin Nizami yaradıcılığına verdiyi qiymət kitabda öz əksini tapır. Ümummilli liderin və prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövrlərində Nizami Gəncəvinin geniş miqyasda yubleylərinin keçirildiyi vurğulanır. Tədbirdə Bayram Apoyevin Nizami Gəncəvi həsr etdiyi şerlər səsləndirilib.