• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 31.12.2021 12:40

Polisdən sakinlərə bayram günləri ilə bağlı çağırış

KepezTV Player

Əlamətdar bayramlar münasibəti ilə Gəncə Polisi də dekabrın 31-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində işləyəcək. İctimai təhlükəsiziliyin təmin edilməsi məqsədi ilə şəhər ərazisində polis naryadlarının sayı artırılıb. Xidmət zamanı Operativ Qərargahın qəbul etdiyi karantin rejiminə riayyət edilməsi də xüsusi diqqətdə saxlanılacaq. Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da avtomobillərin və piyadaların təhlükəsizliyini təmin etmək məqsədi ilə şəhərin küçə və prospektlərində reyd xarakterli monitorinqlər təşkil edib. Sürücülərin nəzərinə çatdırılır ki, müəyyən edilmiş sürət həddi aşılması, ara məsafəsi, ötmə və manevretmə qaydalarının pozulması yollarda qəzaların baş vermə ehtimalını artırır. Gəncə şəhər Baş Polis İradəsi vətəndaşlara qayda-qanunlara əməl etməklə uğurlu yeni il arzulayır.