• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2090
— 31.12.2021 12:38

Qış turizminin donu açılıbmı?

KepezTV Player

Yeni il ərəfəsində bayram tətilini səmərəli keçirməyi düşünənlər ekrana yaxın əyləşin. Xüsusilə qərb bölgəsinə qış turizmindən yararlanmaq istəyənlər üçün materialımız var. Görəsən qış turizminin donu açılıbmı? Elə isə vaxtı bada vermədən gətirək həmin videomaterialı ekranlara.

Pandemiya səbəbindən quru sərhədlərinin bağlanması insanların istirahətinə müəyyən qədər manələr yaradır. Ancaq bu maneənin aradan qaldırılması heç də çətin deyil. Onlar daxili turizmi seçməklə az xərc çəkib, maraqlı istirahət növünü seçə bilərlər. Bəs sakinlər bu məqamda necə düşünür?

Qərb bölgəsində yaşayan insanların bir çoxu istirahət üçün Göygöl rayonunu seçirlər. Bu da təsadüfi deyil. Sözügedən rayonda uzun illərdir fəaliyyət göstərən turizm obyektləri qış mövsümündə də öz fəaliyyətlərini davam etdirir.

Qış turizmində ən çox diqqət olunmalı məsələ xidmət səviyyəsinin yüksək səviyyədə olmasıdır. Xüsusilə gigiyenik qaydalar gözlənilməlidir. Bu baxımdan turizm obyektlərində hansı addımlar atılıb? Təklif olunan xidmətlərin qiyməti neçəyədir?

Qış turizmi müştərilər üçün nə qədər cəlbedici olsa da, obyekt sahibləri üçün də bir o qədər çətinliklər törədir. Xüsusən qarlı-şaxtalı havada xidmət aparmaq, müştərini razı salmaq xüsusi peşəkarlıq tələb edir. Sahibkarlar bu məqamda dövlət dəstəyinə ümid bağlayır.

Xidmət səviyyəsinin artırılması ilə bağlı təlimlərin keçirilməsi, beynəlxalq təcrübənin tətbiq olunması önəmlidir. Bu istiqamətdə hansı addımlar atılır?

Qış turizm bazasının yaradılması, mövsümlük anlayışını aradan qaldırmaqla, davamlı turizmə nail olmağa təkan verir. Azərbaycan, isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, o nadir ölkələrdəndir ki, qış turizmi üçün əlverişli sayılır.

Valeh Anaroğlu