• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1906
— 30.12.2021 19:55

"Böyük Zəfərin kiçik qəhrəmanları"

KepezTV Player

Göygöl rayonunda şəhid ailələri hər zaman diqqət mərkəzində saxlanılır. Bu dəfə qəhrəman şəhid övladlarını sevindirmək məqsədilə yeni il şənliyi təşkil olunub.

Göygöl rayonunda "Sizin gülüşünüz, bizim sevincimizdir" devizi altında şəhid övladları üçün yeni il şənliyi təşkil olunub. Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl üzrə nümayəndəliyinin ev sahibliyi ilə keçirilən tədbirdə, şəhid və qazi övladları, onların ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Keçirilən tədbirin əsas məqsədi şəhid övladlarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sevindirmək, onların atalarının torpaqlarımızın bütövlüyünü təmin etmək uğrunda apardıqları mübarizəni hər zaman xatırlatmaqdan ibarət olub.

Tədbir zamanı il ərazində öz fəaliyyəti ilə seçilən əməkdaşlar da təltif olunublar. Bu kimi layihələrin keçirilməsinin önəmi vurğulanıb, şəhid ailələrinin daim diqqətdə saxlanılacağı diqqətə çatdırılıb.

Bu qəbildən olan tədbirlərin keçirilməsi Azərbaycan dövlətinin və insanının öz şəhidinə, qazisinə, onların bizə yadigar qoyub getdiyi dəyərlərə göstərilən qayğının bariz nümunəsidir.

 

Valeh Anaroğlu