KepezTV Player
Gəncənin orta məktəblərində təhsil alan şəhid ailələrinin övladları üçün Dünya Azərbaycanlarının Həmrəyliyi və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib. Şəhər təhsil idarəsinin dəstəyi və Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə balacalara "Sehirli sandıq" adlı nağıl tamaşa təqdim edilib. Uşaq Gənclər İnkişaf Mərkəzinin uşaq teatrının, musiqi studiyyasının və bədii qiraət dərnəyinin üzvlərinin nümayiş etdirdiyi tamaşada yeni il sərgüzəştləri yer alıb və kitab oxumağa həvəs aşılanıb. Tədbirdə Mərkəzin "Azərin" rəqs qrupunun rəqsləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
- Baxış: 786