• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2266
— 30.12.2021 20:08

Ermənilərin atəşi nəticəsində mobil operatorlardan birinin əməkdaşı yaralanıb

KepezTV Player

Baş Prokurorluqdan verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla mobil operator şirkətlərindən birinin əməkdaşı olan Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində  cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir. Anar Rəhimli Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib. Aldığı xəsarət həyatı üçün təhlükəli deyil və müalicəsi davam etdirilir.