• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1802
— 30.12.2021 16:17

Şəhid övladları üçün Yeni il şənliyi təşkil olunub

KepezTV Player

Gəncədə şəhid, qazi övladları, o cümlədən SOS Uşaq Kəndinin və Gəncə Uşaq Evinin kiçik sakinləri üçün yeni il şənliyi keçirilib. Çıxış edənlər 30 illik həsrəti 44 gündə sona çatdıran qəhrəman vətən övladlarının hünərindən, onların şücaətindən söhbət açıblar. Şəhid ailələri üçün ziyafət təşkil olunub. Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə nəzərdə tutulan sovqatlar şəhid övladlarına hədiyyə olunub.