• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1886
— 30.12.2021 16:20

İctimai həyatın fəalları mükafatlandırılıb

KepezTV Player

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Gəncənin ictimai-siyasi və iqtisadi həyatında fərqlənən bir qrup şəxs təltif olunub. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun ziyalılar, sahibkarlar və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüşündə fəalların fəaliyyəti yüksək qiymətləndirilib, əlamətdar bayramlar münasiəti ilə təbriklər səsləndirilib. Ölkədə bütün sahələr üzrə dövlətin diqqət və qayğıdan danışılıb, tədbir iştirakçılarına gələcək işlərində uğurlar arzulanıb. Şəhərinin ictimai, siyasi, iqtisadi həyatında göstərdikləri səmərəli fəaliyyətlərə görə tədbir iştiakçılarına “Təşəkürnamə”lər və hədiyyələr təqdim edilib.