• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2251
— 30.12.2021 16:23

Şəhid ailələri və müharibə əlillərinə 80 mənzil təqdim edilib

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edilib. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Gəncədə də şəhid ailələrinin və müharibə əlillərinin dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqları, bu gün onlara mənzillərin verilməsinin də bunun bir nümunəsi olduğu vurğulanıb. Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən 80 mənzilin sənədləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən adiyyatı şəxslərə təqdim edilib. Mənzillərlə təmin edilən vətəndaşlar daim sosial dəstəklə əhatə olunduqlarını vurğulayıblar. Onlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.