• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 26.12.2021 17:48

Türk lirəsinin ucuzlaşması məhsullara necə təsir göstərir?

KepezTV Player

Əhali arasında keçirdiyimiz sorğudan görünür ki, Azərbaycanda olan türk məhsullarının qiyməti insanları qane etmir. Məhsul keyfiyyətli olanda qiymət baha olur, ucuz məhsullar isə istənilən kimi deyil. Onlayn platformalardan edilən alışveriş isə ölçü baxımından hər zaman ürək açan olmur. Sorğuda iştirak edənlərin fikirlərini öyrəndikdən sonra şəhərdə türk məhsulları satan mağazaların bir neçəsinə yaxınlaşdıq. Sahibkarlar bildirdilər ki, məhsulları xarici valyuta vahidi ilə aldıqları üçün türk liəsinin aşağı düşməsi onların işinə yansımır.

Ümumiyətlə məhsul seçərkən çalışmalıyıq ki, büdcəyə uyğun davranaq. Elə etməliyik ki, bəd xərclikdən uzaq olaq, keyfiyyətli məhsullara isə daha yaxın.