• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 26.12.2021 18:38

"Sabaha bu gündən başla"

KepezTV Player

"Sabaha bu gündən başla" layihəsinin rəhbəri, məktəbin ingilis dili müəllimi Nəzirə Qəmbərova müasir təlim metodları və təminat proqramları ilə ərsəyə gələn layihənin müstəqil öyrənmə üsulları ilə zəngin olmasının şagirdlərin biliyə yiyələnməsi işinə dəstək olduğunu vurğulayıb. Yeni tədris metodlarından bəhrələnən layihə iştirakçılarının məntiqi düşüncələrinin, əməkdaşlıq etmək qabiliyyətlərinin və ünsiyyət qurmaq bacarıqlarının təkmilləşdiyini qeyd edib.

3 ay müddətini əhatə edən layihə əsaslı təlimlərdə şagirdlərin layihəyə fokuslandığı, müəllimin isə ona biliyini daha da dərinləşməsi üçün cığırlar açdığı, gələcəkdə ehtiyacı olacaq bacarıqların təməlini bu gündən qoyduğu bildirilib. Layihə oyun, problem əsaslı təlimin köməyi ilə müəllimin şagirdin hansı yaradıcılığa malik olduğunu aşkarlayıb və ona öhdəsindən gələ biləcəyi sualları təqdim edərək fəal bir fərdə çevirib, şagird də əməkdaşlıq qurmağı öyrənib. Bu təlim metodu vasitəsilə şagirdlər dünyanın digər yerlərindən olan məktəblilərlə də eyni mövzuda əməkdaşlıq edərək öz bilik və bacarıqlarını inkişaf etdirə biliblər.

Dərslərin layihə əsaslı təlim metodu ilə qurulması şagirləri daim fəal olmağa, axtarışlar etməyə, fikirlərini müstəqil formada ifadə etməyə, bir-biri ilə əməkdaşlıq qurmağa köməklik edib. Şagirdlər onlara verilmiş tapşırığı yerinə yetirmək üçün əvvəlcədən araşdırmalar aparaq təqdimata hazırlaşıblar. “Sabaha bu gündən başla” layihəsinin üstünlüklərindən biri də təlimlərin ingilis dilində həyata keçirilməsi olub.

Şagirdlər xarici həmyaşıdları ilə əməkdaşlıq qurmaqla və bu zaman fikirlərini ingiliscə ifadə etməklə, bu dildən yararlanmaqla şifahi və yazılı ingilis dilini mükəmməlləşdirib, baza ehtiyatını artırıblar. Şagirdlər qrammatik biliklərini, lüğət ehtiyatlarını da layihə boyu verilən tapşırıqlar əsasında dərinləşdiriblər.