• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 26.12.2021 18:23

Şəhid övladlarına imtahan dərslikləri paylanıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi ilə Yaşat Fondu Gəncədə 44 günlük vətən müharibəsində canlarından keçən şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə tədbir keçirib. Tədbirdə Gəncə ilə yanaşı Mingəçevir, Daşkəsən, Samux, Naftalan, Göygöl, Kəlbəcər və Goranboy rayonlarının ümumtəhsil müəsisələrində təhsil alan 40-a yaxın şəhid övladı iştirak edib. İkinci Qarabağ müharibəsində ordumuzun qəhrəmanlığından, şanlı qələbəmizdən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçərək şəhid olan qəhrəman oğullarımızdan danışılıb. O da diqqətə çatdırılıb ki, 4 noyabrda DİM ilə Yaşat fondu arasında əməkdaşlığa dair memorandum imzalanıb. İmzalanan memorandumun əsas məqsədi ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan hərbi qulluqçular və şəhid olan şəxslərin ailə üzvlərinə dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına yardım göstərməkdir. Tədbirdə şəhid övladlarına  DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri eləcə də ödənişsiz imtahan kuponlar tədqim edilib.